Paytaxtda xilasetmə əməliyyatları keçirilib

Hadisə

03.01.2020 - 11:27

Həkimlər Klinikalar SEO Xidməti

Şəhərin bir sıra ərazilərində 8 nəfərin həyatı xilas edilib

 

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə Bakı şəhərinin Xətai və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 5-i azyaşlı olmaqla 7 nəfərin liftdən çıxarılması təmin edilib.

 

Nazirliyin “qaynar xətt”inə daxil olan digər məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşa köməklik göstərib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş