Hadisə BNA tərəfindən dərhal nəzarətə götürülüb, araşdırma aparılır
Bu gün saat 13:30 radələrində M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib, hadisə Agentlik tərəfindən dərhal nəzarətə götürülüb və hazırda müvafiq araşdırma aparılır. Hər iki marşrut xətti üzrə daşıyıcı şirkət “BakuBus” MMC-dən izahat tələb olunub.
Qəza nəticəsində ölüm halı qeydə alınmayıb. Sərnişinlərdən 7 nəfər xəsarət alıb. Xəsarət alanlara ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.