Paytaxtda hündürmərtəbəli binada yanğın olub

Hadisə

22.01.2020 - 10:56

Sakinlər təxliyə edilib

 

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

 

AYNA Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına istinadən xəbər verir ki, hadisə səhər saatlarında, paytaxtın Xətai rayonu Natiq Əliyev küçəsi - 42 ünvanında qeydə alınıb.

 

Belə ki, 17 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində kommunikasiya xətləri olan şitdə yanğın olub.

 

Hadisə yerinə gələn FHN-in Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları yanğını söndürüb, on nəfər təxliyə edilib.

 

Faktla bağlı araşıdrma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş