Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda "Hyundai" markalı minik avtomobili yol kənarında dayanan evakuatora çırpılıb.
FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.