Hadisə Bakının Nəsimi rayonu Abbas Səhhət küçəsində baş verib
Bakıda güclü külək nəticəsində ağac kökündən çıxaraq maşının üzərinə aşıb. AYNA unikal.org-a istinadən xəbər verir ki, hadisə Bakının Nəsimi rayonu Abbas Səhhət küçəsində baş verib.
Ağac kökündən çıxıb və Beyləqan rayon sakini Bəylərov Elnur Xanlar oğluna məxsus "BMW" markalı 99-RG-932 dövlət nömrə nişanlı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobil yarasız hala düşüb.