Payızda Ağdam şəhərinə ilk köçə başlanılacaq

Xəbərlər

30.08.2025 - 20:42

"Şəhərdə çox ciddi infrastruktur işləri həyata keçirilir”

“Bu ilin payızında Ağdam şəhərinə ilk köçə başlanılacaq”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, Ağdam şəhərində bərpa işləri sürətlə davam edir: "Şəhərdə çox ciddi infrastruktur işləri həyata keçirilir. Ağdam şəhərinə bu il növbəti aylarda, payız aylarında ilk köçə başlanılacaq".

O vurğulayıb ki, gələn ilin sonuna qədər artıq Ağdam şəhərinin tarixi mədəni mərkəzi hissəsi tam bərpa olunacaq və əhalinin istifadəsinə veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş