“Nazir müavini öz xahişi ilə tutduğu vəzifədən azad edilib”
Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə Akop Vardanyan ölkənin ərazi idarəetmə və infrastruktur nazirinin müavini vəzifəsindən azad edilib. AYNA erməni mediasına istinadən xəbər verir ki, Baş nazirin qərarı hökumətin saytında dərc olunub.
Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan öz “Facebook” səhifəsində yazıb ki, Vardanyan öz xahişi ilə tutduğu vəzifədən azad edilib.
Qeyd olunub ki, Vardanyan 2018-ci ilin iyun ayından bu vəzifəni icra edir.