Paşinyan Türkiyə yük maşınlarının Ermənistan üzərindən Azərbaycana tranzitini təklif edib

Aktual

27.10.2025 - 15:46

"Hazırda bu, Ermənistan tərəfinin tətbiq edə biləcəyi yeganə variantdır"

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə yük maşınlarının Ermənistan üzərindən Azərbaycana tranzit üçün istifadə edə biləcəyini açıqlayıb.

AYNA.AZ erməni mediasına istinadən bildirir ki, Baş nazir Ermənistanın Marqara-Yeğeqnadzor-Sisian-Goris marşrutu ilə yük maşınlarının tranzitini "hətta bu gün" asanlaşdırmağa hazır olduğunu bildirib.

Baş nazir parlamentdə keçirilən büdcə dinləmələrində əlavə edib ki, "hazırda bu, Ermənistan tərəfinin tətbiq edə biləcəyi yeganə variantdır".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş