Daha 13 şagirddə COVID-19 aşkarlanıb

Aktual

25.09.2020 - 15:58

Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlanıb

 

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində bu günə COVID-19-la bağlı məlumat yayıb. AYNA-nın xəbərinə görə, sentyabrın 23-də 86 şagirddə hərarət 37 dərəcədən yüksək olub.

 

Bu gün üç nəfər işçi heyətdə də 37 dərəcədən yüksək olub. On üç şagirddə, yeddi nəfər işçi heyətdə isə koronavirus aşkarlanıb.

 

Qeyd edək ki, yeni tədris ili başlayandan bu günədək 144 şagird və 49 nəfər işçi koronavirusa yoluxub.

 

Distant təhsilə keçən siniflərin sayı 11, məktəblərin sayı isə birdir.

Müəllif: Ayna.az