Silahı qoyub qaçan ermənilər güllələnir

Aktual

28.09.2020 - 14:52

Həkimlər Klinikalar SEO Xidməti

Vaqif Dərgahlı: “Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiq edilməsi əmrini verib”

 

Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiq edilməsi əmrini verib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib. 

 

O, kəşfiyyat məlumatlarının olduğunu deyib: “Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Ermənistanın hərbi komandanlığı işğal olunmuş ərazilər ilə Ermənistan arasındakı yollarda komendant postları qurub. Məqsəd təşviş içində Ermənistana axın edən əhalinin ərazini tərk etməməsi və silahı ataraq ordusundan fərarilik edən erməni hərbi qulluqçularının tutulub saxlanılmasıdır”.

 

“Bəzi xəbərlərə görə, artıq həmin postlarda silahın tətbiqi ilə ciddi insidentlər qeydə alınıb, ölən və yaralananlar var”, - deyə nazirlik rəsmisi vurğulayıb.

Müəllif: Ayna.az