Baş nazir sosial şəbəkə hesablarında şərtlərin yazıb
Ermənistanın Baş naziri Nikol Paşinyan regionda sabitliyin bərqərar olunması və Azərbaycanla sülhün əldə olunması ilə bağlı təkliflər dərc edib. Baş nazir bu barədə özünün sosial şəbəkə hesablarında yazıb.
Ermənistanın Baş naziri Qazaxla sərhəddə həyata keçirilən delimitasiya və demarkasiya prosesi, həmçinin delimitasiya və demarkasiya komissiyalarının birgə işi haqqında əsasnaməni əsas götürərək, qarşılıqlı eskalasiya ritorikasından əl çəkməyi və sərhədin demarkasiyasını davam etdirməyi təklif edib.
Paşinyanın sözlərinə görə, 90 faizi hazır olan sülh sazişi mətnini imzalamaq, “Sülhün kəsişməsi” layihəsini həyata keçirmək, atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün birgə mexanizm tətbiq etmək lazımdır.
Baş nazir saxlanılan şəxslərin probleminin həllini və itkin insanların taleyinə aydınlıq gətirməyi vacib adlandırıb.
Paşinyan həmçinin silahlara qarşılıqlı nəzarət mexanizminin yaradılmasını və qaçqınlarla bağlı məsələlərin hərtərəfli müzakirəsini, həmçinin ATƏT-in Minsk Qrupunun buraxılmasını təklif edib.
Baş nazir həmçinin Ermənistan və Azərbaycanın beynəlxalq məhkəmələrdə qaldırdığı iddiaları qarşılıqlı geri götürməyə çağırıb. Onun sözlərinə görə, Azərbaycan “Qərbi Azərbaycan” ifadəsindən istifadə edərək Ermənistanı qaçqınların qaytarılması məsələsi ilə bağlı müzakirəyə cəlb etməyə çalışır. Paşinyan qeyd edib ki, qaqınların qarşılıqlı geri qaytarılması məsələsi müzakirə olunmalıdır.