Azərbaycanda COVID-19-dan sağalma sayı yoluxma sayını üstələdi

Aktual

17.12.2020 - 14:50

Daha 4205 nəfər sağalıb, 4124 yeni yoluxma faktı qeydə alınıb, 38 nəfər vəfat edib

 

Azərbaycanda koronavirusdan (COVID-19) 4205 nəfər müalicə olunaraq sağalıb, 4124 yeni yoluxma faktı qeydə alınıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 191 min 460 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 127 min 64 nəfər müalicə olunaraq sağalıb, 2088 nəfər vəfat edib. Aktiv xəstə sayı 62308 nəfərdir.

 

Ötən müddət ərzində 2 milyon 168 min 3 test aparılıb. Bugünkü test sayı isə 17426-dır.

Müəllif: Ayna.az