Paşinyan: “Sərhədin delimitasiyası yeni müharibənin qarşısını ala bilər”

Aktual

10.04.2024 - 13:21

“Tarixi və real Ermənistan nəinki bir-birinə uyğun gəlir, əksinə, çox vaxt bir-biri ilə ziddiyyət təşkil edir”

“İrəvan Azərbaycanla yeni müharibənin qarşısını almaq üçün delimitasiyaya başlamağa razılaşıb. Baxmayaraq ki, bu sülhə zəmanət vermir”. AYNA “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Biz Azərbaycanın Tavuş rayonundan və Qazax rayonunun dörd kəndindən delimitasiya prosesinin başlanmasının əleyhinə deyilik”, Paşinyan vurğulayıb.

Baş nazir əlavə edib ki, tarixi və real Ermənistan nəinki bir-birinə uyğun gəlir, əksinə, çox vaxt bir-biri ilə ziddiyyət təşkil edir və hətta bir-birinə ciddi təhlükələr yaradır: “Yalnız 2022-ci ilin sentyabr müharibəsindən sonra mən nəhayət və birmənalı olaraq əmin oldum ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinin birləşdirilməsi ölkəmizin qısa, orta və uzunmüddətli təhlükəsizliyinin təmin edilməsində əlavə və həlledici amil ola bilər. Bundan sonra siyasi-psixoloji proses başladı. Bunu real və tarixi Ermənistan arasında sərhədin müəyyənləşdirilməsi prosesi adlandırmaq olar”.

Müəllif: Ayna.az