Nazirlik cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb
Sentyabrın 27-də, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutublar.
AYNA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib. Nazirlik rəsmisi bildirib ki, mülki əhali arasında həlak olan və yaralananlar var.
Eyvazovun sözlərinə görə, mülki infrastruktur obyektlərinə ciddi zərər dəyib.
“Azərbaycan Ordusunun döyüş helikopteri vurulub, ekipaj üzvləri arasında itki yoxdur”, - deyə A.Eyvazovqeyd edib.