“Rusiyanın bu və ya digər planlarını planlaşdırdığına dair müəyyən siqnallar var”
“Ermənistanla Rusiya arasında münasibətlər transformasiya mərhələsindədir”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri keçirdiyi mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
"Rusiya ilə münasibətlərimiz bundan sonra əvvəlki kimi olmayacaq. Amma bu, o demək deyil ki, bizim münasibətlərimiz pis olmalıdır. Məncə, onlar yaxşı, əvvəlkindən qat-qat yaxşı olmalıdır. Təbii ki, Rusiyanın bu və ya digər planlarını planlaşdırdığına dair müəyyən siqnallar var. Açığını desəm, mən bu cür söz-söhbətlərə və qiymətləndirmələrə inanmağa meylli deyiləm. Amma hər hansı problem yaranarsa, biz onları rusiyalı tərəfdaşlarımızla müzakirə edəcəyik, həll yollarını tapmağa çalışacağıq", - deyə Paşin əlavə edib.