“Paşinyan qorxur, hakimiyyət təşviş içindədir”

Dünya

06.05.2022 - 13:02

Həkimlər Klinikalar SEO Xidməti

Vanetsyan: "Bizim hərəkətlərimiz dayandırıla bilməz"

"Nikol Paşinyan qorxur, hakimiyyət təşviş içindədir". AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Parlamentinin “Şərəfim var” fraksiyasının rəhbəri, hazırda davam edən itaətsizlik aksiyalarının təşkilatçılarından olan Artur Vanetsyan deyib. 

“Biz kritik kütləni itirmirik. Mən dünənki hərəkətləri müsbət qiymətləndirirəm. Demişik ki, aksiyalarımız dinc xarakter daşıyacaq və geniş kütlələr mübarizəyə qoşulana qədər davam edəcək", - deyə müxalifətçi vurğulayıb.

Vanetsyan hesab edir ki, xalqın dəstəyi ilə məqsədlərinə nail ola bilərlər: "Bizim hərəkətlərimiz dayandırıla bilməz. Əksinə, daha intensiv hərəkət edəcəyik".

Qeyd edək ki, mayın 2-dən Ermənistan paytaxtında müxalifət qüvvələrinin təşkilatçılığı ilə etiraz aksiyaları yenidən başlayıb. İştirakçılar Qarabağla bağlı siyasətə görə hakimiyyətin istefasını tələb edirlər. Etirazçılar vaxtaşırı İrəvanın müxtəlif yerlərində küçələri bağlayırlar. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş