Paşinyan: “Qarabağda separatizmin əsasını Moskvanın qoyub”

Aktual

20.09.2025 - 21:28

Baş nazir SSRİ-ni Qarabağda erməni separatizmini yaratmaqda ittiham edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağda separatizmin əsasını Moskvanın qoyduğunu iddia edərək SSRİ-ni ittiham edib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Paşinyan hakim “Mülki Müqavilə” Partiyasının 7-ci Qurultayında deyib.

Baş nazir 2019-cu ildə verdiyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı ilə hazırkı sülh müqaviləsi arasında ziddiyyət olduğunu qeyd edərək, bunu “müxtəlif vətənpərvərlik modellərinin” olması ilə izah edib.

Paşinyanın sözlərinə görə, o 2019-cu ildə erməniləri “Ermənistandan kənarda vətən axtarmağa” çağıran sovet imperiyasının tətbiq etdiyi “vahid vətənpərvərlik modeli” çərçivəsində hərəkət edib. Baş nazir bu cür siyasətlərin erməni xalqını “böyük dövlət ambisiyalarının alətinə” çevirdiyini vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş