Azərbaycanda iyun ayında COVID-19-la mübarizədə çətinlik yaşanıb

Aktual

07.09.2020 - 15:47

Nazir müavini: “Hazırda mübarizəni aparmaq üçün kifayət qədər çarpayı sayımız var”

 

“Oksigen konsentratorlar və pulsoksimetrlər COVID-19-la mübarizə üçün ayrılmış xəstəxanalarda tənəffüs çətinliyi olan ağır xəstələrin müalicəsində effektiv yardım göstərəcək və onların həyatını xilas etmiş olacaq”. AYNA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib.

 

Onun sözlərinə görə, iyun ayında pandemiya ilə mübarizədə çətinliklər yaşanıb: “Çarpayı sayı az idi, lakin bir həftə əvvəl 11-ci modul tipli xəstəxananın Prezident İlham Əliyev tərəfindən onlayn açılışı oldu. Hazırda mübarizəni aparmaq üçün kifayət qədər çarpayı sayımız var. 4100-dən çox əlavə çarpayımız var. Bundan başqa, əgər həmin vaxt 6 laboratoriya mövcud idisə, hazırda 40-dan çox laboratoriya var və COVID-19-la mübarizəyə səfərbər olunan xəstəxanaların sayı da 40-dan çoxdur”.

Müəllif: Ayna.az