Paşinyan parlament seçkilərində qalib gəldi

Dünya

21.06.2021 - 08:52

Həkimlər Klinikalar SEO Xidməti

Ötən gün Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib

 

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində səslərin sayılması prosesi başa çatıb. 

 

AYNA xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, Baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası səslərin 53.9 %-ni toplamaqla qalib gəlib.

 

Ermənistanın esk-prezidenti Robert Koçaryanın “Ermənistan” bloku isə 21 % səs toplayıb.

 

“Çiçəklənən Ermənistan” 3.9, digər siyasi qüvvələr isə səslərin 15.7 faizini toplayıb.

 

Qeyd edək ki, Nikol Paşinyan Sünik və İrəvan da daxil olmaqla Ermənistanın bütün bölgələrində qalib gəlib. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş