Paşinyan KTMT sammitinin bəyannaməsini imzalamaqdan imtina edib

Dünya

24.11.2022 - 09:05

Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT-nin bəyannamə layihəsini və Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında layihəni imzalamaqdan imtina edib.

AYNA--nın məlumatına görə, Paşinyan KTMT-nin Ermənistana yardım bəyannaməsini düzəliş edilmədən imzalamaqdan imtina edib.

O, sammitdə bəyan edib ki, Ermənistana yardım göstərilməsi ilə bağlı təqdim edilmiş bəyanat kifayət qədər dəqiq işlənib hazırlanmayıb və bu səbəbdən onu bu formada imzalamağa hazır deyil.

Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın KTMT Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi ilə bağlı yekun bəyannaməsinə iki düzəlişin edilməsini təklif etdiyini, lakin onların qəbul edilmədiyini bildirib.

"Biz onları qəbul etməməyə, çox da dərinə getməməyə qərar verdik, lakin ilk dəfə olaraq bu istiqamətdə hərəkət etməyə razılaşdıq ki, təmas nöqtələri var", -deyə Lukaşenko vurğulayıb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə