Baş nazir MDB-nin görüşündə COVID-19 səbəbilə iştirak etməyəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirusa yoluxub. AYNA xəbər verir ki, bu barədə Paşinyan “Facebook” səhifəsində yazıb.
AYNA xəbər verir ki, Baş nazir MDB dövlət başçılarının Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak edə bilməyəcək.
“Bazar ertəsi, dekabrın 23-də COVID-19 üçün verdiyim testin cavabı müsbət çıxıb. Dekabrın 23 və 24-də özümü təcrid edib, yaşadığım yerdə işlədim. Dekabrın 25-də testim artıq mənfi idi və mən normal işimə qayıtdım. Lakin həmkarlarımla məsləhətləşdikdən sonra bu gün Sankt-Peterburqda keçiriləcək MDB liderlərinin qeyri-rəsmi sammitində iştirak etməyəcəyəm. Günün sonuna kimi sabah Avrasiya İqtisadi İttifaqının Ali İqtisadi Şurasının iclasında iştirak edib-etməmək barədə qərar verəcəyəm”, - Paşinyan yazıb.