Paşinyan: “Kilsə xalqa qaytarılmalıdır”

Dünya

09.06.2025 - 13:02

cedabet dərman SEO Xidməti

“Biz dövləti xalqa qaytardıq, indi isə...”

Ermənistanın Baş naziri Nikol Paşinyan “kilsənin xalqa qaytarılmasının” zəruriliyini bəyan edib. AYNA.AZ xəbər verir ki, Baş nazir “Facebook” səhifəsində yazıb: "Dövlət (hakimiyyət) xalqındır. Kilsə də xalqındır. Biz dövləti (hakimiyyəti) xalqa qaytardıq, indi isə kilsə xalqa qaytarılmalıdır".

Mayın 29-da Ermənistanın Baş naziri hökumətin iclasında Ermənistandakı bütün kilsələrin “şkaf kimi” olduğunu bəyan edərək, kilsələrdə ən lazımsız əşyaların, o cümlədən zibil, kiminsə paltarı, ayaqqabısı və çarpayısının saxlanıldığını deyib.

Erməni Apostol Kilsəsinin Sünik Yeparxiyasının primatı, yepiskopu Makar Akopyan qeyd edib ki, Paşinyanın kilsələrin “gizliləşdirilməsi” ilə bağlı bəyanatı nəinki yersiz və son dərəcə acınacaqlı müqayisə, həm də xalqın milli müqavimətinin mənəvi işığı və mənbəyi olmuş strukturun təhqiramiz və hörmətsiz səciyyələndirilməsidir. O kilsənin həmişə müqəddəs iman, təsəlli və milli birlik məskəni olduğunu və divarları möminlərin qəlbində möhkəm olduğu müddətcə bu məskənin heç vaxt “şkaf”a çevrilə bilməyəcəyini vurğulayıb.

Bir neçə gün sonra Paşinyan bütün ermənilərin katolikosunun subaylıq andına əməl etməsini şübhə altına alıb və bəyan edib ki, II Qareginin övladı olduğu üzə çıxarsa, o bütün ermənilərin katolikosu ola bilməz.

Buna cavab olaraq Ali Kilsə Şurası Eçmiədzində iclas keçirib, ondan sonra Paşinyanın kilsə və katolikos əleyhinə bəyanatlarını “biabırçı anti-kilsə kampaniyası” kimi səciyyələndirərək, hökumət başçısının kilsə əleyhinə davranışının, milli dəyərlərə və kilsəyə qarşı başladılan proseslərin dağıdıcı nəticələrlə dolu olduğunu xatırladıb.

İyunun 7-də Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyan Eçmiədzində bütün ermənilərin katolikosu II Qareginlə görüşündə Ali Patriarxı tam dəstəklədiyini bildirib.

İyunun 8-də Paşinyan bəyan edib ki, Ter-Petrosyan Ermənistan Respublikasında seçkilərin saxtalaşdırılması praktikasının banisidir və “özü kimi eyni saxtakarın yanında dayanmalıdır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş