Paşinyan katalokosu ittiham etdi: “Katolikosu bu gün siyasi hərəkata rəhbərlik edir”

Dünya

07.05.2024 - 17:32

“Bəs niyə katolikos siyasi hərəkata rəhbərlik etməlidir?”

“Aydındır ki, bütün ermənilərin katolikosu bu gün Ermənistanda siyasi hərəkata rəhbərlik edir”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş nazir Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

“Bu, sadəcə olaraq, göz qabağındadır. Bəs niyə katolikos siyasi hərəkata rəhbərlik etməlidir? Bu hərəkatın məqsədi də aydındır, çünki hərəkatın nümayəndəsi bunu bəyan edib. Bu hərəkatın məqsədi, onların formullaşdırdıqları kimi, Ermənistanda hakimiyyətə əvvəlki hakimiyyət nümayəndələrini gətirməkdir. Bu ssenari 2021-ci il seçkilərindən sonra təqdim olunub: “Ermənistan” blokunun lideri bu ssenarini kilsə vasitəsilə Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı təqdim edib”, - Paşinyan bildirib.

Qeyd edək ki, bir neçə gündür Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyasına və Qazaxın işğalda olan 4 kəndinin qaytarılmasına etiraz edilir. Aksiyalarda erməni Qriqoriyan Kilsəsi də qoşulub.

Müəllif: Ayna.az