Kobaxidze və Paşinyanın sədrliyi ilə Gürcüstan-Ermənistan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçiriləcək
Ermənistanın Baş naziri Nikol Paşinyan 3-4 mart tarixlərində Gürcüstana işgüzar səfər edəcək. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, o Tiflisdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşəcək. Kobaxidze və Paşinyanın sədrliyi ilə Gürcüstan-Ermənistan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclası da keçiriləcək və bundan sonra Baş nazirlər mediaya birgə bəyanatlar verəcəklər.
Səfər zamanı Paşinyanı Baş nazir Administrasiyasının rəhbəri Araik Harutyunyan, xarici işlər naziri Ararat Mirzoyan, təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan, ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan, iqtisadiyyat naziri Gevorq Papoyan və xarici işlər nazirinin müavini Vahan Kostanyandan ibarət böyük bir nümayəndə heyəti müşayiət edəcək.