Paşinyan erməniləri sülhü dəstəkləməyə çağırıb

Aktual

30.10.2025 - 17:28

“Cənubi Qafqaz artıq uzun illərdən sonra ilk dəfə sülh şansına malikdir”

“Ermənistan vətəndaşları qarşıdan gələn parlament seçkilərində sülh gündəliyini dəstəkləməlidirlər. Çünki Cənubi Qafqaz artıq uzun illərdən sonra ilk dəfə sülh şansına malikdir”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir erməniləri Bakı ilə sülhə hazırlaşmağa çağırıb: "Əminəm ki, Ermənistan xalqı indiyə qədər əldə etdiyimiz nailiyyətləri dəstəkləyəcək. Şübhə etmirəm ki, Ermənistan vətəndaşları sülh gündəliyini və sülh prosesini dəstəkləyəcəklər".

O həmçinin Azərbaycanla razılaşmanın suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında olduğuna əminliyini ifadə edib

"Ermənistan və Azərbaycan tranzit üçün bir-birinin ərazisindən istifadə edə bilməlidirlər", - deyə hökumət başçısı bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş