Paşinyan Ərdoğandan Bakı ilə danışıqlarda vasitəçilik xahiş edib – İDDİA

Xəbərlər

04.10.2024 - 12:50

cedabet dərman SEO Xidməti

“Paşinyan Türkiyə Prezidentindən Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına kömək xahiş edib”

“Ermənistan bütün vasitəçilərdən - Rusiya, Avropa İttifaqı və ABŞ-dan imtina edərək, Azərbaycanla birbaşa danışıqlar aparacağını bildirib. Lakin Nyu-Yorkda Nikol Paşinyan Türkiyə Prezidentindən Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına kömək xahiş edib”.

AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın keçmiş xüsusi tapşırıqlar üzrə səfiri, Ermənistanın Baş naziri Nikol Paşinyanın keçmiş müttəfiqi Edmon Marukyan deyib.

“Beləliklə, Türkiyə vasitəçi olacaq”, - deyə Marukyan bildirib.

Qeyd edək ki, sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində görüş keçirilib. Liderlərin görüşü Nyu-Yorkdakı Türk Evində baş tutub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş