Paşinyan avqustda Bakıya gələcək?

Xəbərlər

24.07.2024 - 15:28

cedabet dərman SEO Xidməti

Baş nazir Ermənistanın COP29-da iştirakı məsələsinə aydınlıq gətirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustda mətbuat konfransı keçirməyə hazırlaşır və o, Ermənistanın noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin iqlim dəyişikliyi üzrə COP29 konfransında iştiraka dəvət məsələsinə toxunacaq.

AYNA xəbər verir ki, bu barədə “Hraparak” qəzetinə hökumətin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

“Biz hökumətə yazılı sorğu göndərmişik ki, erməni tərəfi dəvəti alanda bizə məlumat versinlər. Biz Ermənistanın Baş nazirinin Bakıya səfər edib COP29 konfransında iştirak edib-etmədiyini soruşduq”, - deyə Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Baş nazirin məzuniyyətdən sonra avqustda mətbuat konfransı zamanı bu məsələyə toxunacağını vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş