Paşinyan “1 mart işi”nin açıldığını bəyan etdi: “Günahkarlar hələ də cəzalandırılmayıb”

Dünya

01.03.2023 - 15:06

cedabet dərman SEO Xidməti

“1 mart qatillərinin bu günə qədər tapılmaması bunun baş verməyəcəyi demək deyil”

“1 mart hadisəsinin üstü açılıb, lakin günahkarlar müxtəlif səbəblərdən, o cümlədən bir sıra hüquqi qərarlar ucbatından hələ də cəzalandırılmayıblar”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan 2008-ci il martın 1-də İrəvanda baş vermiş kütləvi iğtişaşlar zamanı yaşananlar haqqında danışarkən deyib.

“Onu deyim ki, 1 mart qatillərinin bu günə qədər tapılmaması bunun baş verməyəcəyi demək deyil. Böyük problemlərdən biri də ondan ibarətdir ki, cinayət prosesi çərçivəsində 2008-ci il martın 1-dən sonra ibtidai istintaq nəinki baş vermiş cinayətin açılmasına səy göstərdi, həm də bunu sübuta yetirdi. İşin həlli üçün mümkün olan hər addım atıldı. Amma çətin oldu, ya da mümkünsüz oldu”, - Paşinyan vurğulayıb.

Paşinyanın sözlərinə görə, mövqeyi ondan ibarətdir ki, cinayətin tam açıqlamasına nail olmaq lazımdır: ““1 mart işi” ən azı cinayətkarlar səviyyəsində açılıb, yəni günahkarların özləri məlum deyil”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş