Milli Məclis sədrinin birinci müavini vəzifəsinə deputat Əli Əhmədov seçilib
Milli Məclis sədrinin birinci müavini və müavinləri seçilib. AYNA xəbər verir ki, bu məsələ yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının gündəliyinə daxil edilib.
Milli Məclis sədrinin birinci müavini vəzifəsinə deputat Əli Əhmədov seçilib.
Deputatlar Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov isə Milli Məclis sədrinin müavinləri seçiliblər.