Milli Məclisdə “Azərbaycanın mədəniyyət paytaxtı-Şuşa şəhəri haqqında” qanun layihəsini qəbul edilib
Bu gün Milli Məclisdə “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi müzakirə olunub.
AYNA xəbər verir ki, qanun layihəsinə əsasən, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa şəhəri Dövlət Qoruğu yaradılacaq.
Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən və onunla təbii landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olan və ya Şuşa şəhəri Dövlət Qoruğunun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyətə malik olan ərazilərdə publik hüquqi şəxs tərəfindən mühafizə zonasının sərhədləri müəyyən ediləcək.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.