Papadan Kiyevə mesaj: “Heç bir xristian kilsəsinin fəaliyyəti qadağan edilməməlidir”

Dünya

25.08.2024 - 21:33

Həkimlər Klinikalar SEO Xidməti

“Ukraynada bu yaxınlarda qəbul edilmiş qanunları düşünərək, ibadət edənlərin azadlığından qorxuram”

Roma Papası Fransisk Ukrayna ərazisində kanonik Ukrayna Pravoslav Kilsəsinin. AYNA xarici mediaya istinadən bildirir ki, Papanın sözlərinə görə, heç bir xristian kilsəsinin fəaliyyəti qadağan edilməməlidir.

“Ukraynada bu yaxınlarda qəbul edilmiş qanunları düşünərək, ibadət edənlərin azadlığından qorxuram. Həqiqətən dua edən həmişə hamı üçün dua edər”, - pontifik bildirib.

Onun sözlərinə görə, öz xalqına qarşı pislik edənlər bunu ibadətə görə etmirlər və heç bir xristian kilsəsinin fəaliyyəti birbaşa və ya dolayısı ilə qadağan edilməməlidir.

Avqustun 24-də Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə əlaqəli dini qurumların fəaliyyətini qadağan edən qanunu imzalayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş