Zəlzələ 10 kilometr dərinlikdə baş verib
Pakistanın şimalında 5,5 bal gücündə zəlzələ baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələ UTC vaxtı ilə saat 12:15-də (Bakı vaxtı ilə 16:15) Əfqanıstanın 5500 əhalisi olan Xandud şəhərindən 43,6 kilometr cənub-şərqdə qeydə alınıb.
Zəlzələ 10 kilometr dərinlikdə baş verib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.