Pakistan və Ermənistan arasında razılıq

Dünya

29.08.2025 - 18:13

Ölkələr diplomatik əlaqələrin qurulmasını nəzərdən keçirmək barədə razılığa gəliblər

Pakistan və Ermənistan ölkələr arasında diplomatik münasibətlərin qurulmasını nəzərdən keçirmək barədə razılığa gəliblər.

AYNA.AZ xəbər verir ki, bu barədə Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darın sosial şəbəkədəki paylaşımında qeyd edilib.

Pakistan Xarici İşlər Nazirliyinin rəhbəri yazıda qeyd edib ki, o erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı aparıb.

"Xarici işlər naziri Ararat Mirzoyanla bu gün telefon danışığı olub və Pakistan və Ermənistan arasında diplomatik münasibətlərin qurulması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəldik", - Məhəmməd İshaq Dar qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş