Özəl bağçalara qeydiyyat gələn ay başlayacaq

Xəbərlər

15.10.2025 - 21:07

“Qrant əldə etmiş özəl bağçalar üzrə sənədlərin qəbulu yekunlaşıb. Uşaqların qeydiyyatının gələn aylarda başlanması nəzərdə tutulur”.

AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva deyib.

O bildirib ki, hazırda təqdim olunan sənədlərin təhlili aparılır: “Bu mərhələ başa çatdıqdan sonra müsabiqədə iştirak edən bağçalar üzrə növbəti mərhələ – uşaqların qəbulu prosesinə başlanılacaq. Ondan sonrakı aydan etibarən isə uşaqlar bağçalarda təhsillərini davam etdirəcəklər. Qrant layihəsi çərçivəsində hazırda özəl bağçalarda, ümumilikdə, 1300 uşaq təhsilə cəlb olunub”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş