Özbəkistanda məşhur müğənni öldürülüb

Dünya

30.07.2025 - 12:03

Zeboyi Cahonun qətlində əri şübhəli bilinir

Özbəkistanlı məşhur müğənni Zeboyi Cahon Səmərqənddə öldürülüb. AYNA.AZ xəbər verir ki, bu barədə “Milliy” telekanalının “Millar” verilişində məlumat verilib.

Onun ərinin cinayətdə şübhəli bilindiyi qeyd olunub.

Faciəli hadisə iyulun 26-da sənətçinin əri uşaqları görməyə gələn zaman Taylak rayonunda baş verib. Ərlə arvad arasında mübahisə yaranıb. Güman edilir ki, müğənni əri tərəfindən boğulub.

Telekanalın məlumatına görə, Zeboyi Cahan üç uşaq anası olub.

Bundan əlavə, verilişinə danışan Respublika Baş Prokurorunun mətbuat katibi Xayot Şamsutdinov deyib ki, həmin şəxs saxlanılıb və ona qarşı cinayət işi açılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş