Elektron qeydiyyat sistemi saat 12:00-dan etibarən aktivləşəcək
Martın 29-u birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilir.
AYNA-ya Təhsil Nazirliyindən verilən məlumata görə, elektron qeydiyyat sistemi saat 12:00-dan etibarən aktivləşəcək.
Qeyd edək ki, bu il birinci sinfə elektron qeydiyyat prosesinə martın 10-dan start verilmişdi. Martın 19-u saat 16:00-dan etibarən birinci sinfə elektron qeydiyyat müvəqqəti dayandırılmışdı.
Xatırladaq ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.