Uçota alınmış sığortaolunanların sayı 5 milyon 300 min nəfərdən çox olub
Ötən ilin yanvar-dekabr ayları ərzində fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 164 min 700 nəfərdən çox və ya 3,19 faiz artıb.
AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Beləliklə, bu il yanvarın 1-nə olan məlumata görə, uçota alınmış sığortaolunanların sayı 5 milyon 300 min nəfərdən çox olub.