Ötən il 48 hakim intizam məsuliyyətinə cəlb edilib

Xəbərlər

19.05.2020 - 21:18

Son aylarda Ali Məhkəmənin 5 hakiminin aşağı işə keçirilib

 

Yol verilmiş süründürməçilik, sui-istifadə, vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara, o cümlədən korrupsiya əməllərinə şərait yaradan hallara görə ötən il 48 hakimin intizam məsuliyyətinə cəlb edilib.

 

Bu barədə AYNA-ya Ədliyyə Nazirliyindən bildirilib.

 

Məlumata görə, ötən il 2 nəfərin səlahiyyətlərinə xitam verilib, 7 nəfər tutduğu vəzifədən azad olunub. Son aylarda isə Ali Məhkəmənin 5 hakiminin aşağı işə keçirilib, 7-nin isə səlahiyyətlərinin uzadılmayaraq xitam edilib.

Müəllif: Ayna.az