Ötən həftə 191 mina zərərsizləşdirilib

Xəbərlər

11.03.2024 - 21:19

cedabet dərman SEO Xidməti

ANAMA 997.1 hektar ərazinin minalardan təmizləndiyini açıqlayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

AYNA xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib ki, azad olunan ərazilərdə 4-10 mart 2024-cü il tarixi ərzində 63 tank əleyhinə mina, 128 piyada əleyhinə mina, 316 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 997.1 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş