Ötən gün toylarda qaydaları pozan 68 nəfər cərimələnib

Xəbərlər

07.08.2021 - 12:52

Həkimlər Klinikalar SEO Xidməti

Toylarda karantin qaydalarına nəzarət tədbirləri davam etdirilir 

 

Avqustun 6-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 302 toy şənliyinin monitorinqini həyata keçirib.

 

DİN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, monitorinq 242 şadlıq sarayında, 60 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.


Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:


- 68 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;


- 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;


- 2 397 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş