Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

Xəbərlər

05.12.2024 - 16:33

Həkimlər Klinikalar SEO Xidməti

Borclu şəxs qismində axtarışda olan 67 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Dekabrın 4-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən (DİN) AYNA-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 104, o cümlədən borclu şəxs qismində axtarışda olan 67 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

Müəllif: Ayna.az