Ötən gün 6 nəfər xilas edilib

Xəbərlər

22.08.2024 - 21:26

cedabet dərman SEO Xidməti

1 nəfərin meyiti mənzildə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu ərazisində 2 və Yasamal rayonu ərazisində 2 nəfərin liftdə, Nərimanov rayonu ərazisində isə ümumilikdə üç ünvanda 3 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

FHN-dən AYNA-ya bildirilib ki, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində biri azyaşlı olmaqla 6 nəfər xilas edilib, 1 nəfərin meyiti mənzildə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş