Ötən gün 57 nəfər saxlanılıb

Xəbərlər

15.01.2025 - 11:12

Həkimlər Klinikalar SEO Xidməti

110 cinayətin üstünün açılması təmin olunub

Yanvarın 14-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 54 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 97, o cümlədən borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqədar 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 27 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş