Meyit dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib
Mingəçevir su anbarında batmış şəxsin meyiti aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Dövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, 21 iyun 2024-cü il tarixində Mingəçevir su anbarında batmış Zaqatala rayon sakini 1969-cu il təvəllüdlü Həsənov Vüqar Oruc oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.