Osloda silsilə silahlı hücum: 2 nəfər ölüb

Dünya

26.06.2022 - 16:33

İlkin şübhəli şəxs kimi 42 yaşlı İran əsilli şəxs saxlanılıb

Norveçin paytaxtı Oslo şəhərində silsilə silahlı hücum baş verib. AYNA xarici mediaya istinadən bildirir ki, hadisə zamanı 2 nəfər ölüb, 21 nəfər yaralanıb.

“Reuters” yazır ki, hücumun LGBT gecə klubunun da olduğu küçəyə edilməsi səbəbindən şənbə günü keçirilməli olan "Pride" yürüşü təxirə salınıb.

Yerli polis bir gecədə 3 fərqli hücumun baş verdiyi küçədən 1 tapança və 1 ədəd tüfəng tapıb. İlkin şübhəli şəxs kimi 42 yaşlı İran əsilli şəxs saxlanılıb.

Müəllif: Ayna.az