Hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə, hərbi xidmətlə əlaqəsi yoxdur
Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM markalı tabel silahından istifadə etməklə iyulun 12-də intihar edib. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə, hərbi xidmətlə əlaqəsi yoxdur.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.