Orban Putinlə danışıqlardan sonra Avropa İttifaqına məktub yazıb

Dünya

09.07.2024 - 11:58

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazir Rusiyaya səfəri zamanı heç bir təklif irəli sürmədiyinə və Aİ adından heç bir fikir bildirmədiyini yazıb

Macarıstanın Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan sonra Avropa Şurasının prezidenti Şarl Mişel və Avropa İttifaqı (Aİ) liderlərinə məktub yazıb. AYNA xəbər verir ki, bu barədə “European Truth” nəşri məlumat yayıb.

Qeyd olunub ki, məktubda Macarıstan hökumətinin başçısı Rusiyaya rəsmi səfəri zamanı heç bir təklif irəli sürmədiyinə və Aİ adından heç bir fikir bildirmədiyini yazıb.

Bundan əvvəl Macarıstanın Baş naziri Putin və Ukrayna lideri Volodimir Zelenski ilə danışıqların təfərrüatlarını açıqlamışdı. Onun sözlərinə görə, sülh danışıqlarını sürətləndirəcək atəşkəsin mümkünlüyü barədə soruşduqda onlar cavab veriblər ki, Ukraynadakı münaqişədə müvəqqəti atəşkəs düşmənin maraqlarına uyğun olacaq.

Qeyd edək ki, iyulun 5-də Orban Moskvaya gedib. O, Rusiya Prezidenti ilə danışıqlar aparıb. Macarıstanın Baş nazirinin sözlərinə görə, o, Kremlə “sülh missiyası”nın növbəti addımı çərçivəsində səfər edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş