Orban: “Macarıstan növbəti 100 ildə Ukraynanın Aİ-yə daxil olmasına imkan verməyəcək”

Dünya

23.01.2026 - 22:35

“İnanıram ki, növbəti 100 ildə Macarıstanda ukraynalıların Avropa İttifaqına qoşulmasına səs verən parlament olmayacaq”

“Macarıstan növbəti 100 il ərzində Ukraynanın Avropa İttifaqına daxil olmasına icazə verməyəcək. İnanıram ki, növbəti 100 ildə Macarıstanda ukraynalıların Avropa İttifaqına qoşulmasına səs verən parlament olmayacaq". AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban deyib.

Baş nazir həmçinin qeyd edib ki, Kiyev ölkənin qarşıdan gələn parlament seçkilərində müxalifətin qələbəsində maraqlıdır, çünki bu, hökumətin dəyişməsinə səbəb olacaq.

"Etiraf etməliyik ki, ukraynalılar Macarıstanın seçki kampaniyasında fəal iştirak edəcəklər. Mən bundan məmnun deyiləm və biz bununla mübarizə aparacağıq", - deyə Orban vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş