“Macarıstanın Avropa İttifaqının Ukraynaya 90 milyard avroluq "müharibə krediti"ni bloklamaq üçün bütün qanuni haqqı var”
“Macarıstanın Avropa İttifaqının Ukraynaya 90 milyard avroluq "müharibə krediti"ni bloklamaq üçün bütün qanuni haqqı var. Çünki məsələ hələ tam həll olunmayıb. Kiyev isə Rusiya neftinin “Drujba” boru kəməri ilə tranzitini dayandırıb”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban Brüsseldə keçirilən Aİ sammitindən sonra jurnalistlərə açıqlamasında deyib.
O xatırladıb ki, “2025-ci ilin dekabrında Aİ Şurası bu pulu ukraynalılara ayırmaq qərarına gəldikdə, üç ölkə - Macarıstan, Slovakiya və Çexiya təşəbbüsdə iştirak etməkdən imtina etdi, lakin başqalarının bunu etməsinə mane olmadı”.
"Lakin o vaxtdan bəri vəziyyət dəyişdi, çünki ukraynalılar Macarıstana neft blokadası tətbiq etdilər", - deyə hökumət başçısı vurğulayıb.
Orban Macarıstanın neft kəmərinin istismarı bərpa olunana qədər Ukraynaya 90 milyard avro ayrılmasının qarşısını almaq niyyəti ilə bağlı bildirib: "Eyni zamanda, kreditlə bağlı qərar qəbuletmə prosesi hələ tam başa çatmayıb və hüquqi baxımdan vəziyyət tamamilə aydındır: bizim bunu etmək hüququmuz var".