Sabiq nazir "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb
Təzə Pir məscidində sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə vida mərasimi keçirilib. AYNA.AZ xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra sabiq nazir "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, Oqtay Şirəliyev dünən axşam saatlarında Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən evində vəfat edib.
Qeyd edək ki, o 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub, 2005-ci ildə Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.
Oqtay Şirəliyev 2015-ci il avqust ayının 12-də Səhiyyənin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub. 23 aprel 2021-ci ildə Oqtay Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.
Allah rəhmət eləsin!